Paytaxtda 20 yaşlı gənci qətlə yetirən şəxs saxlanıldı
Paytaxtın Nərimanov rayonunda 2003-cü il təvəllüdlü Kərimov İlham Hikmət oğlunu qətlə yetirməkdə şübhəli bilinən 2005-ci il təvəllüdlü Məmmədov Fateh Vəkil oğlu polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
Bu barədə Yerveinsan.az-a DİN-in mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, hadisə şəxsi münasibətlər zəminində baş verib.
Araşdırma aparılır.

