Sabançı Universitetinin Məzun günündə ilk yaşandı
Universitetin Qəyyumlar Şurasının sədri Güler Sabancı giriş nitqinin mətnini süni intellekt vasitəsilə hazırladı
Gülər Sabancı, məhsuldar süni intellekt texnologiyalarından istifadə edərək hazırladığı çıxışında “Bu gün ilk dəfə yaşadığımız bu nümunənin gələcəkdə çox geniş yayılacağına əminəm” deyib. O çıxışına belə davam edib: “Süni zəka həyatımızı böyük ölçüdə dəyişəcək və bir çox istifadə sahəsində əhəmiyyətli rol oynayacaq. Biz görürük ki, məhsuldar süni intellekt texnologiyaları səhiyyə, təhsil, enerji və davamlı inkişaf kimi sahələrdə böyük potensiala malikdir. Gənclərimizin bu sahələrdə liderliyi və yaradıcı həllər gətirməsi gələcəyimizi daha parlaq və davamlı edəcək”.
Dünya İqtisadi Forumunun “Gələcəyin iş yerləri” Hesabatına işarə edən Gülər Sabancı, qarşıdakı dövrdə sürətlə inkişaf edəcək rolların süni intellekt, maşın öyrənməsi kimi, davamlılıq və kibertəhlükəsizlik təcrübəsi ilə bağlı sahələr olacağını bildirib:
“Böyük verilənlər və süni intellekt kimi inkişaf edən texnologiyaların təkcə şirkətləri və iş sahələrini dəyişdirməyəcəyini, həm də yeni iş sahələri yaradacağını düşünənlərin nisbəti Türkiyədə 55 faiz, dünyada isə 51 faizdir. Ölkəmizdəki innovativ şirkətlər, həmişə olduğu kimi, yeni texnologiyalara uyğunlaşmada qabaqcıl olacaqlar. Yenə eyni hesabata görə, mövcud iş yerlərinin yüzdə 23-ü dəyişəcək. Bu vəzifələri yerinə yetirəcənlər elmi terminologiyada 'Silikon həyat forması' olaraq ifadə edilən süni intellektə əsaslanan robotlar olacaq. Biz bu sahədə baş verənləri təhdid kimi yox, fürsət kimi görüb, ona uyğun yanaşmalıyıq. Bugünkü məşhur məhsuldar süni intellektlərdən biri bu gün sizə verdiyim nitqi hazırladı. Təbii ki, biz də onu redaktə etdik”.
Oruc Mustafayev

