Lerikdə evləri yararsız vəziyyətə düşən sakinlər üçün müvəqqəti çadır evlər qurulub

Fövqəladə Hallar Nazirliyinə (FHN) Lerik rayonu, Hamarmeşə kənd sakinləri Əhmədov Rauf Rakif oğlu və Fətullayev Orucəli Camal oğluna məxsus evlərin yaşayış üçün yararsız vəziyyətə düşməsi barədə məlumat daxil olub.

Bu barədə Nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bununla əlaqədar FHN-in Cənub Regional Mərkəzinin əməkdaşları tərəfindən Lerik rayonu, Hamarmeşə kənd sakinləri R.Əhmədov və O.Fətullayev üçün müvəqqəti yaşayış məqsədilə çadır evlər qurularaq vətəndaşlara təhvil verilib.