Bakıda toz dumanı müşahidə edilir
Bakı və Abşeron yarımadasında havada tozun miqdarı normadan yüksəkdir.
Yerveinsan.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) yanında Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Atmosfer havasının keyfiyyətinin monitorinqi üzrə fəaliyyət göstərən avtomatik stansiyalardan əldə olunan məlumatların təhlilinə əsasən havada tozun miqdarı 1,5 dəfə normadan yüksək müəyyən edilib. Qeyd edilir ki, müşahidə olunan toz sinoptik vəziyyətlə əlaqədar küləkli hava şəraitində müşahidə olunan lokal xarakterlidir.

