Xəzərdə batma təhlükəsi ilə üzləşən 4 nəfər xilas edilib
Xəzərdə batma təhlükəsi ilə üzləşən 4 nəfər xilas olunub.
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, bu gün nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Qızılqum”, “Mingəçevir” sularda xilasetmə məntəqələrinin ərazisində və “Qızılqum” sularda xilasetmə məntəqəsindən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 4 nəfər xilas olunub.

