İmtahandan 51-dən çox bal toplayan müəllimlərə yeni vəzifə verilə bilər

Gələcəkdə yüksək bal toplayan müəllimlər metodist ola bilərlər.

Bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma: Peşəkar müəllim-keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, məktəblərdə hazırda metodist sahəsi üzrə çatışmazlıqlar var.

“Düşünürük ki, sertifikasiya imtahanında 51 balı keçmiş müəllim metodist kimi çalışa bilər.Lakin bu hələ gələcəyin işidir. Hazırda məsələ ilə əlaqədar işlər aparılır”, -deyə nazir qeyd edib.//Trend