ADY Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edib

“Azərbaycan Dəmir Yolları” QSC Bakı-Ağstafa-Bakı marşrutu üzrə artmaqda olan sərnişin tələbatı ilə əlaqədar olaraq 8-9 iyul tarixlərinə hər iki istiqamət üzrə əlavə qatar reysləri təyin edib.

Yerveinsan.az xəbər verir ki, 8-9 iyul tarixlərində əlavə reys üzrə saat 08:25-də Bakı Dəmiryol Vağzalından yola düşən qatar Ağstafaya saat 13:22-də çatacaq. Əks istiqamət üzrə həmin tarixlərdə əlavə reyslə saat 17:10-da Ağstafadan yola düşən qatar Bakı Dəmiryol Vağzalına saat 22:10-da çatacaq.

Xatırladaq ki, Bakı-Ağstafa-Bakı marşrutu üzrə ənənəvi qrafiklə hər gün saat 08:45-də Bakıdan yola düşən qatar saat 13:42-də Ağstafaya, əks istiqamətdə saat 18:15-də Bakıya yola düşən qatar isə saat 23:15-də mənzilbaşına çatır.

Marşrut üzrə Bakıdan Ağstafaya kimi bir istiqamətə gediş haqqı standart yerlərdə 17 AZN, Bakı-Qovlar istiqaməti üçün 16 AZN, Bakı-Tovuz istiqaməti üçün 16 AZN, Bakı-Gəncə istiqaməti üçün isə 15 AZN təşkil edir.

Biletləri vağzalların kassalarından və ya ADY-nin rəsmi saytından (https://ticket.ady.az/ticket-search/) onlayn əldə etmək mümkündür.