Bugünkü imtahanlarda istifadə olunan test tapşırıqlarının düzgün cavabları təqdim edilib

Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinə qəbul olmaq üçün II ixtisas qrupu (o cümlədən III ixtisas qrupu üzrə coğrafiya fənni) üzrə iyulun 9-da keçirilən imtahanda istifadə olunan test tapşırıqlarının düzgün cavablarını təqdim edib.

Bu barədə  DİM-dən məlumat verilib. Bildirilib ki, qapalı və cavabları kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları DİM-in saytında yerləşdirilib. İmtahan nəticələrinin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.