Baş Prokurorluq vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün ümumi müsahibə elan edib

Azərbaycan Respublikasının Baş Prokurorluğunda vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün ümumi müsahibə elan edib.

Baş Prokurorluğun mətbuat xidmətindən  bildirilib ki, müsahibədə iştirak etmək istəyən namizədlər avqustun 8-də saat 18:00-dək Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin internet portalında Dövlət qulluğu üzrə müraciət formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Müsahibəyə təqdim edilmiş vakant vəzifə barədə buradan - https://exidmet.dim.gov.az/dqq/Elan/UmMshMshElanList?ElanID=520 məlumat əldə edə bilərlər.

Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir.

Müsahibə ilə bağlı ətraflı məlumatı Dövlət İmtahan Mərkəzinin rəsmi internet səhifəsindən (www.dim.gov.az) əldə edə bilərlər.