DYP-də əməliyyat müşavirəsi keçirilib

Daxili İşlər Nazirinin müavini, polis general-leytenantı Oktay Kərimovun və Baş Dövlət Yol Polisi İdarəsinin rəisi polis general-mayoru Ramiz Zeynalovun iştirakı ilə cari ilin 6 ayı ərzində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və ictimai asayişin qorunması sahəsində görülən işlərin yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.

Yerveinsan.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Müşavirədə növbəti 6 ay ərzində görüləcək işlər barədə danışılıb və xidmət rəhbərlərinin qarşısında müvafiq tapşırıqlar qoyulub.