İlin əvvəlindən 405 kiloqram işlənmiş batareya toplanılıb

“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “Azərsu” ASC-dən, Kaspi Liseyindən, “Araz” marketlər şəbəkəsinin “AGA Biznes Mərkəzi”ndə yerləşən baş ofisindən və Yasamal filialından ümumilikdə 128 kiloqram işlənmiş batareya toplanaraq "Təhlükəli Tullantılar" MMC-yə təhvil verilib.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hazırda müxtəlif dövlət qurumlarında, şirkətlərdə, marketlər şəbəkələrində, ali və orta ixtisas təhsil müəssisələrində, banklarda və otellərdə təhvil qutuları yerləşdirilərək layihəyə dəstək verilir. İlin ötən dövründə isə 405 kiloqram batareya toplanılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu prosesə töhfə verən bütün tərəfdaşlara, vətəndaşlara təşəkkür edir və hər kəsi tullantıların çeşidlənməsi qaydalarına riayət etməyə, təhlükəli və istifadəyə yararsız olan batareyaların məişət tullantılarına qarışdırılmasına yol verməməyə, batareyalar üçün ayrılan xüsusi qutulardan istifadə etməyə çağırır.