Nazir Söyüdlü kəndində aparılmış monitorinqlərin nəticələrini açıqladı VİDEO

Söyüdlüdə və Gədəbəydəki digər çaylarda sianid və digər ağır metallar aşkarlanmayıb. Həmçinin hava monitorinqinin nəticələrinə əsasən, təhlükəli maddələrin normadan artıq olmaması, hava keyfiyyətinə təsir etmədiyi məlum olub.

Bunu ekologiya və təbii sərvətlər naziri, Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə yaradılan Komissiyanın sədri Muxtar Babayev bildirib.

Nazir bildirib ki, ki, toksiki maddələr üçün çay məcrası yaxınlığında süni göl yaradılması aidiyyəti qurumlarla razılaşdırılmayıb. Tullantı anbarı ilə bağlı icazələrin alınmasında bir sıra uyğunsuzluqlar aşkarlanıb.

Muxtar Babayev gölün dayanıqlığı ilə bağlı tədqiqatların aparılması, həmçinin ikinci anbarın tikintisinə razılıq verilmədiyi nəzərə alınaraq istismarın müvəqqəti dayandırılması təklif edilib və bununla bağlı sözügedən şirkətlə razılıq əldə olunub.

Nazir onu da bildirb ki, əgər Söyüdlüdə istismarçı şirkət tərəfindən lazımi işlər görülməsə, pay bölgüsü ilə bağlı daha sərt addımların atılmasına başlanacaq. Bununla bağlı sabah Komissiyanın iclası keçiriləcək, bu sahədə görülən işlər barədə daha detallı məlumatlar açıqlanacaq. Bundan başqa, beynəlxalq şirkətə Söyüdlüdə tullantı anbarında qiymətləndirmə aparması təklif olunub və iyulun sonunda həmin şirkət tərəfindən bu işlərə başlanılacağı gözlənilir.

Yerveinsan.az Xezerxeber.az-a istinadla mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: