Şarm-əl-Şeyx-Atırau reysini yerinə yetirən hava gəmisi Bakıda eniş edib

"Air Astana" aviaşirkətinin Şarm-əl-Şeyx - Atırau reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

Yerveinsan.az xəbər verir ki, bu barədə AZAL-ın mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, buna səbəb təyyarədə olan sərnişinlərdən birinin səhhətinin qəflətən pisləşməsi olub.

"Airbus A320neo" təyyarəsi yerli vaxtı ilə saat 16:50-də Bakı hava limanında uğurla eniş edib.

Enişdən dərhal sonra sərnişin təcili tibbi yardım briqadasına təhvil verilib və paytaxt klinikalarından birinə çatdırılıb.