Bakı-İstanbul aviareysi üzrə uçuş gecikir

AZAL-ın Bakı-İstanbul marşrutu üzrə həyata keçiriləcək J2 75 reysinin uçuşu texniki səbəbdən gecikir.

"Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən bildirilib ki, gecikmiş reysin sərnişinləri yaxın zamanda İstanbul Hava Limanına digər təyyarə ilə yola düşəcəklər.