Ağdaşda məişət tullantılarını urnalardan kənara atan şəxslər barəsində protokol tərtib olunub

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması məqsədilə rayon ərazisində nəzarət-profilaktik tədbirlər keçiriblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən tədbirlər zamanı məişət tullantılarını urnalardan kənara atan, ərazidə antisanitar vəziyyət yaradan şəxslər müəyyən olunub. 

Onlarla profilaktiki söhbətlər aparılıb və cari il ərzində bu istiqamətdə keçirilən tədbirlər zamanı ümumilikdə 48 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 266.3-cü ( Məişət tullantılarının tutumlardan kənar yerlərə atılmasına görə) maddəsi ilə protokol tərtib edilib.