Xəzər dənizində baş verən zəlzələlərin Azərbaycana heç bir təsiri yoxdur - Seysmoloji Mərkəz

Bu gün Xəzər dənizində baş verən zəlzələlərin ( Dağıstan ərazisi və Türkmənistanla sərhəddə) Azərbaycana heç bir təsiri yoxdur və olması da mümkün deyil.

Bunu AMEA nəzdində Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı deyib. O bildirib ki, sosial şəbəkədə bununla bağlı yayılan məlumatların heç bir əsası yoxdur.

"Əsassız məlumatlara inanmayın və rəsmi məlumatları izləyin", - deyə o qeyd edib.