Gecə saatlarında qazıntı işləri aparan şəxs 2000 manat məbləğində cərimələnib

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Göyçay rayonunun Qarabaqqal kəndi ərazisindəki dağlıq sahədə gecə saatlarında qazıntı işləri aparıldığı müəyyən edilib.

Xidmət rəsmisi Xaliq Mirzəyev  bildirib ki, araşdırma zamanı 23-B-074 dövlət nömrə nişanlı ekskavator vasitəsilə qazıntı işləri aparılaraq qarışıq süxur daşındığı, eyni zamanda ərazidəki qaratikan kollarının kökündən çıxarıldığı məlum olub.

“Faktla bağlı qazıntı işi aparan Ədil Əzizov barəsində akt və protokol tərtib edilib. O, 2000 manat məbləğində cərimələnib”, - deyə xidmət rəsmisi bildirib.