Bu gün keçirilən imtahanda 7 nəfərdə mobil telefon aşkar edilib

Bu gün keçirilən qəbul imtahanında 7 nəfərdə mobil telefon aşkarlandığı üçün onlar imtahandan xaric edilib. İmtahandan xaric olunanların nəticələri ləğv edilir və ali təhsil müəssisələrinin müsabiqəsinə buraxılmırlar.

Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Xatırladaq ki, bu gün I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib.