Birinci ixtisas qrupu imtahanının test tapşırıqlarının düzgün cavabları açıqlanıb

Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinə qəbul olmaq üçün I ixtisas qrupu üzrə iyulun 22-də keçirilən imtahanda istifadə olunan test tapşırıqlarının düzgün cavablarını təqdim edib.

DİM-dən bildirilib ki, imtahanın nəticələri yaxın iki həftə ərzində elan olunacaq.

Qapalı və cavabları kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları ilə DİM-in saytından tanış olmaq mümkündür.