Füzulidə 2 tondan artıq narkotik bitki aşkarlanaraq məhv edilib

Füzulidə işğaldan azad olunan ərazidə 2 tondan artıq narkotik bitki aşkarlanaraq məhv edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Yerveinsan.az-a verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonunun işğaldan azad edilmiş Qacar kəndinin ərazisində çətənə bitkiləri aşkar edilib. Yabanı halda bitən ümumilikdə, çəkisi 2 ton 100 kiloqram olan 4663 ədəd çətənə bitkisi kökündən çıxarılaraq toplanılıb və yandırılma üsulu ilə məhv edilib.