Bakı-Sumqayıt avtomobil yolunda intihara cəhd qeydə alınıb
Bakı-Sumqayıt avtomobil yolunda intihara cəhd qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə, 1 nəfərin Abşeron rayonu, Xırdalan şəhərində Bakı-Sumqayıt avtomobil yolunda yerləşən yerüstü piyada keçidinin üzərinə çıxaraq intihara cəhd etməsi barədə məlumat daxil olub.
Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasetmə əməliyyatı davam edir.

