Azərbaycan və Türkiyə XİN rəhbərlərinin geniştərkibli görüşü keçirilib

Xarici işlər naziri Ceyhun Bayramovla Türkiyə xarici işlər naziri Hakan Fidan arasında nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüş keçirilib.

Bu barədə nazirliyin tvitter hesabında qeyd edilib.

Görüş çərçivəsində Azərbaycan və Türkiyə arasında çoxşaxəli əməkdaşlıq gündəliyində duran məsələlər müzakirə edilib.

Xatırladaq ki, bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasına rəsmi səfərə yola düşüb. Səfər çərçivəsində nazir Ceyhun Bayramovun Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan və digər yüksək vəzifəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi planlaşdırılır.