Prezident İlham Əliyevə “İrpin şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edilib
Prezident İlham Əliyevə “İrpin şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edilib.
Bu barədə Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında paylaşım edilib.
Paylaşımda bildirilib ki, vəsiqə Bakıda səfərdə olan Ukraynanın sabiq Prezidenti Viktor Yuşenko ilə görüş zamanı həmin ölkənin Azərbaycandakı səfiri tərəfindən təqdim edilib.

