Magistraturaya qəbul olunanların qeydiyyat müddəti uzadılıb
Magistraturaya qəbul olmuş şəxslər avqustun 3-ü saat 18:00 dək elektron qaydada qeydiyyatdan keçməlidirlər.
Dövlət İmtahan Mərkəzindən bildirilib ki, bakalavrlar göstərilən vaxtadək https://portal.edu.az/ platformasında qeydiyyatdan keçməli və “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər. Açılan səhifədə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür.
Qeydiyyatdan keçməyən bakalavrlar ali təhsil müəssisələrinə qəbul olunanların siyahısından xaric ediləcəklər.
Xatırladaq ki, bakalavrların qeydiyyat prosesinə iyulun 21-dən etibarən başlanılıb.

