Azad edilmiş ərazilərdə daha 68 mina aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (23.07.2023 - 29.07.2023) məlumat açıqlanıb.

ANAMA-dan verilən məlumata görə, Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Xocavənd, Laçın, Cəbrayıl və Zəngilanda 61 piyada əleyhinə mina, 7 tank əleyhinə mina, 160 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 516, 46 hektar ərazi mina və PHS-lərdən təmizlənib.