Qaxda bıçaqlanma
Qax rayon sakini, 2002-ci il təvəllüdlü Orxan Qəhrəmanovun kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya daxil olması barədə polisə məlumat daxil olub.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, Orxan Qəhrəmanova kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 2000-ci il təvəllüdlü Ruslan Ramazanov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

