Qaxda tapılan meyitlə bağlı araşdırma aparılır - Baş Prokurorluq

Qaxda tapılan meyitlə bağlı araşdırma aparılır.

Baş Prokurorluğun Mətbuat xidmətindən  bildirilib ki, iyulun 23-də itkin düşmüş Qax rayonunun İlisu kənd sakini 1992-ci il təvəllüdlü Rəhman Kamallının avqustun 2-də meyitinin aşkar edilməsi faktı üzrə rayon prokurorluğunda araşdırma aparılır.

"Hadisənin baş vermə halı və şəraiti tam, hərtərəfli və obyektiv araşdırılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq", - deyə məluatda qeyd olunub.