Balakən sakininin öldürülməsi faktı üzrə cinayət işi başlanıb

Avqustun 4-də saat 17 radələrində Balakən rayonunun Xalatala kənd sakini 1976-cı il təvəllüdlü Şahin Zalxayevin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.

Baş Prokurorluğun mətbuat xidmətindən  bildirilib ki, Cinayəti törətməkdə şübhəli bilinən şəxs(lər)in müəyyənləşdirilməsi istiqamətdə istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

İstintaqın nəticəsi barədə əlavə məlumat veriləcək.