Növbəti TOEFL iBT imtahanı keçiriləcək
Təhsildə Qiymətləndirmə Xidmətinin (Educational Testing Service) TOEFL iBT imtahanı avqustun 9-da Dövlət İmtahan Mərkəzinin (DİM) Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında təşkil olunacaq.
Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, imtahana gəlməli olan şəxslər saat 08:00-dan gec olmayaraq şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə birlikdə imtahan binasında olmalıdırlar.
İmtahan saat 09:00-da başlanır. TOEFL iBT imtahanında iştirak etmək üçün 15 və daha aşağı yaş qrupuna aid olan uşaqlar imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər.
TOEFL iBT imtahanı haqqında daha ətraflı məlumatla DİM-in səhifəsindən tanış olmaq mümkündür.

