Hərbi Prokurorluq və Dövlət Sərhəd Xidməti Ulu Öndərin 100 illik yubileyinə həsr olunan tədbir keçirib

Lənkəran və Cəlilabad rayonlarında yerləşən “N” saylı hərbi hissələrdə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdən öncə Ümummilli Lider Heydər Əliyevin abidəsinin və şəhidlər guşəsinin önünə gül dəstələri düzülüb, xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev və digər çıxışçılar Azərbaycanın müstəqillik yolunu, firavan istiqbalını işıqlandıran, xalqını dövrünün sərt sınaqlarından yüksək məharətlə çıxararaq, hər bir çətin vəziyyətdən düzgün çıxış yolu tapan böyük tarixi şəxsiyyət Heydər Əliyevin şərəfli və mənalı ömür yolundan, çoxşaxəli fəaliyyətindən, xalqına verdiyi misilsiz töhfələrdən bəhs ediblər.

Çıxışçılar, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin Azərbaycanın parlaq gələcəyinə hesablanmış mükəmməl siyasətini yeni müstəvidə dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ilə yaxın müddət ərzində ölkəmizdə görülmüş misilsiz işlərdən, həyata keçirilmiş hərtərəfli islahatlardan, bütün sahələrdə əldə olunmuş uğurlardan danışılıb. Bu istiqamətdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dəstəyi və xalqın əzmkarlığı vurğulanıb.

Tədbirlərdə, həmçinin Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılmış tarixi Qələbə xüsusi qeyd edilib. Vətən müharibəsi dövründə prokurorluğun, eyni zamanda, Hərbi Prokurorluğun Silahlı Qüvvələrlə, o cümlədən Dövlət Sərhəd Xidməti ilə qarşılıqlı səmərəli fəaliyyətindən bəhs olunub. İftixar dolu 44 günün unudulmaz təəssüratları xatırlanıb.

Daha sonra hərbi qulluqçular qarşısında hüquqi maarifləndirici məzmunlu çıxışlar olub, onları maraqlandıran suallar cavablandırılıb.