Azad edilmiş ərazilərdə aşkarlanan minaların sayı açıqlandı

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (31.07.2023 - 06.08.2023) açıqlanıb.

Yerveinsan.az ANAMA-ya istinadən xəbər verir ki, Tərtər, Ağdam, Laçın, Füzuli, Şuşa, Kəlbəcər, Qubadlı, Xocavənd, Cəbrayıl və Zəngilanda 194 piyada əleyhinə mina, 30 tank əleyhinə mina, 97 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

 
Bildirilib ki, 363,02 hektar ərazi mina və PHS-lərdən təmizlənib.