Şabranda yanğın olub

Şabranda yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Şabran rayonunun Pirəmsən kəndində bələdiyyəyə aid ərazidə 3 ha biçilmiş taxıl sahəsi və 3 ha sahədə kol-kos yanıb.

Ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.