BDU-da bakalavriatura səviyyəsinə qəbul planı artıb

Bakı Dövlət Universitetində (BDU) 2023-2024-cü tədris ilində bakalavriatura səviyyəsinə 5660 plan yeri ayrılıb. Onlardan 4390 yer Azərbaycan, 765 yer rus, 505 yer isə ingilis bölməsi üzrədir. Ötən il bu rəqəm 5351 yer olub.

Bu barədə BDU-dan məlumat verilib.

BDU-nun bakalavriaturasında 16 fakültədə 75 ixtisas üzrə mütəxəssis hazırlığı həyata keçirilir. 2023-2024-cü tədris ilində BDU-da bakalavriatura səviyyəsi üzrə 3 yeni ixtisas (statistika, meliorasiya mühəndisliyi, muzey, arxiv işi və abidələrin qorunması) açılıb.