Göygöl Milli Parkının ərazisində mühafizə rejimini pozan şəxslər saxlanılıblar

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Göygöl Milli Parkının ərazisində mühafizə rejimini pozan şəxslər saxlanılıblar.

Xidmətdən  verilən məlumata görə, araşdırma zamanı mühafizə rejimini pozan şəxslərin Göygöl rayonu, Toğana kənd sakinləri Məzahir Qurbanov, Orxan Bayramov, Cavidan Rzazadə, Səlmandər İmanov və Samux rayonu, Alıuşağı kənd sakini Bakir Alıyev olduğu müəyyən edilib. Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.