Xəzər dənizinə tullantı sularının axıdılması faktı aşkar olunub
Avqustun 12-də Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Sumqayıt şəhəri ərazisində və Xəzər dənizinin sahil zolağında keçirdikləri tədbirlər zamanı Xəzər dənizinə tullantı sularının axıdılması faktı aşkar olunub.
DİN-nin mətbuat xidmətindən bildirilib ki, fakta görə, Sumqayıt şəhəri, Novxanı yolu, Sahil küçəsində yerləşən restoranlardan birinin direktoru barəsində İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci (su obyektlərinin mühafizəsi qaydalarının pozulması) maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq olunub.
Bu istiqamətdə tədbirlər davam etdirilir.

