Faktiki hava: Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin avqustun 18-i saat 09:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 17-də günün ikinci yarısında Qusarda qısamüddətli az yağış yağıb.

Xidmətdən verilən məlumata görə, havanın temperaturu ötən günlərlə müqayisədə bir neçə dərəcə enərək Bakıda və Abşeron yarımadasında 31-36°, Naxçıvan Muxtar Respublikasında 35-40° (Ordubad 40°), Aran rayonlarında 34-38°, Gəncə-Qazax zonasında 35-38°, dağlıq rayonlarda isə 30°-dək isti olub.