Ötən gün Bakıda havanın maksimal temperaturu iqlim normasını 3 dərəcə ötüb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin avqustun 19-na olan məlumatına əsasən əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin bəzi yerlərdə qısamüddətli leysan xarakterli yağış yağıb, şimşək çaxıb.

Xidmətdən bildirilib ki, düşən yağıntının miqdarı Şahdağda 3, Qrızda 2, Şəmkir, Göygöl, Daşkəsən, Şəki, Quba, Qusar, Yevlax, Göyçay, Sabirabadda 1 millimetrədək olub.

Cənub-qərb küləyi əsib, arabir Daşkəsəndə 23 metr/saniyəyədək güclənib.

Avqustun 18-də Bakıda havanın maksimal temperaturu iqlim normasını 3 dərəcə ötüb. Belə ki, Bakıda və Abşeron yarımadasında 34°-dək, Naxçıvan Muxtar Respublikasında 36-40°, Aran rayonlarında 33-35°, dağlıq rayonlarda 28°-dək isti olub.