Xəzərdə batma təhlükəsi ilə üzləşən 7 nəfər xilas olunub

Ötən gün Xəzərdə batma təhlükəsi ilə üzləşən 7 nəfər xilas olunub.

Yerveinsan.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadla xəbər verir ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Qızılqum” sularda xilasetmə məntəqəsinin ərazisində və “Görədil” sularda xilasetmə məntəqəsindən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 7 nəfər xilas edilib.