Xocalının işğaldan azad edilmiş ərazisində traktorun minaya düşməsi faktı ilə bağlı araşdırma aparılır

Avqustun 24-də Xocalı rayonunun işğaldan azad edilmiş Sığnaq kəndi ərazisində təsərrüfat işləri aparan zaman traktorun tank əleyhinə minaya düşməsi nəticəsində 1987-ci il təvəllüdlü Əfqan Ələkbərlinin xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri istintaq hərəkətləri aparılıb.

Qeyd olunub ki, hazırda faktla bağlı Xocalı Rayon Prokurorluğunda araşdırma aparılır.