ANAMA Cəbrayıl rayonunda baş vermiş partlayış hadisəsi ilə bağlı məlumat yayıb

Avqustun 25-də Cəbrayıl rayonunun Hüseynalılar kəndi ərazisində OG-9 sursatına aid alışdırıcının partlayışı baş verib.

Bu barədə  Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

Qeyd olunub ki, partlayış nəticəsində minatəmizləmə əməliyyatlarına cəlb edilən yerli şirkətin minaaxtaranı, 1999-cu il təvəllüdlü Qasımov Həbib Teymur oğlu xəsarət alıb. Zərərçəkəndə sol əlinin iç səthinin çapılmış deşilmiş yaraları, hər iki baldırın iç səthinin xırda barıt yanıqları xəsarəti qeydə alınıb.

Xəsarət alan şəxsin vəziyyəti stabildir. Onun həyati təhlükəsi yoxdur.