Güclü sel İsmayıllı və Göyçayda fəsadlar törədib

İsmayıllı rayonunun Mollaisaqlı kəndinə yağan güclü yağış selə çevrilib.

Günorta saatlarında başlayan yagış tədricən güclənib.

Yağış dağlara daha güclü yağdığından sel yaranıb. Yüksəkliklərdən gələn sel küçələrə dolub. Mal-qara selin axınına düşüb. Evlərə, təsərrüfatlara ciddi ziyan dəyib. Kəndə texnikalar cəlb olunub. Mollaisaqlıya gedən yol dağılıb. Avtomobillərin hərəkəti məhdudlaşıb. Kəndə elektrik, qaz və su verilişi dayanıb.

Məlum olub ki, sel nəticəsində kənddə ehtiyat su ambarının uçması nəticəsində həmin sel suları da kəndə daxil olub.

Günün ikinci yarısından Göyçaya yağmağa başlayan güclü leysan xarakterli yağış da bir sıra fəsadlar törədib. Gələn sel suları səbəbindən Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçayın Qaraməryəm kəndindən keçən hissəsində yol hər iki istiqamətdə bağlanıb. Bəzi avtomobillər sel suları altında qalıb.

Hazırda yolun təmizlənməsi, həmçinin sel suları və lil qatı altında qalan avtomobillərin çıxarılması prosesi davam edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: