BDU-da təkrar ali təhsil üzrə sənəd qəbulu davam edir
Bakı Dövlət Universitetində (BDU) 2023-2024-cü tədris ilində təkrar ali təhsil üzrə sənəd qəbulu davam edir. Sənəd qəbulu prosesi avqustun 31-də saat 18.00-da yekunlaşacaq.
Bu barədə BDU-dan məlumat verilib. Bildirilib ki, əlavə təhsil almaq istəyən şəxslər portal.edu.az vasitəsilə elektron formada qeydiyyatdan keçə bilərlər. Əlavə məlumat üçün (012) 539-06-86 telefon nömrəsi və [email protected] mail ünvanı ilə əlaqə saxlamaq olar.

