Məktəblərin ətrafında piyada keçidləri yenidən boyanır
Yeni tədris ilinin başlanması ilə əlaqədar təhsil müəssisələrinin ətrafında piyadaların hərəkət təhlükəsizliyi səviyyəsinin artırılması istiqamətində müvafiq işlər görülür.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.
Bildirilib ki, bu məqsədlə piyada keçidləri yenidən boyanır, asfalt üzərinə “Yavaş məktəb“ nişanları yazılır.

