Gömrük orqanlarına bəyan edilməyən spirtli içkilər, dərman vasitələri aşkarlanıb

Xaçmaz Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyası istiqamətindən “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan iki yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən (DGK) bildirilib ki, baxış zamanı yük nəqliyyat vasitələrinin qoşqusunda gömrük orqanlarına bəyan edilməyən 19 ədəd müxtəlif markalı spirtli içki, kremlər, 11 ədəd kustar üsulla hazırlanmış dərman vasitəsi, 60 flakon “Korteksin10mg” adlı dərman vasitəsi və 205 ədəd “Coragen 200 ml” adlı bitki dərmanı aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.