Bunu qabartmaqdan qorxmaq lazım deyil - Nazir

Pandemiyanın təhsilə vurduğu zərərləri görməyə başlayırıq.

Bunu elm və təhsil naziri Emin Əmrullayev Bakı təhsil işçilərinin sentyabr konfransında deyib.

Nazir bildirib ki, pandemiya azərbaycanlı uşaqların təhsilinə ciddi zərər vurdu.

“Bunun təsirlərini məktəblərimiz və cəmiyyət daha dərindən müzakirə etməlidir. Bunu danışmaq və qabartmaqdan qorxmaq lazım deyil”, - deyə nazir əlavə edib.

Qeyd edək ki, Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransı keçirilir. Konfransda elm və təhsil naziri Emin Əmrullayev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, millət vəkilləri, ali məktəb rektorları, nazirliyin və BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, ictimaiyyət nümayəndələri, məktəb direktorları, müəllimlər və KİV nümayəndələri iştirak edirlər.//Trend