Faktiki hava açıqlandı

Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 15-i saat 9-a olan məlumatına əsasən, ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti 14-ü gündüz saatlarında tədricən kəsilib. 15-i gecə və səhər hava sabit, əsasən yağmursuz keçib.

Xidmətdən verilən məlumata görə, düşən yağıntının miqdarı Biləsuvar, Lerikdə 6 mm, Yardımlı, Beyləqan, Neftçala, Culfa, İmişli, Sabirabad, Cəfərxan, Lənkəran, Ağsu, Astarada 3 mm-dək olub.

Şəmkir, Şamaxı, Lerik, Qrızda duman müşahidə olunub.

Sentyabrın 14-də havanın maksimal temperaturu Bakıda iqlim normasından 1.4 dərəcə aşağı olub. Bakıda və Abşeron yarımadasında 24 dərəcəyədək isti, Naxçıvan MR-da 30 dərəcəyədək isti, Aran rayonlarında 28 dərəcəyədək isti, dağlıq rayonlarda 11-16 dərəcə isti olub.