Laçında ağır qəza

Sentyabrın 19-da saat 09 radələrində Laçın rayonu Mollalar kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə  Daxili işlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.

Qeyd edilibh ki, “Ural” markalı avtomobilin qəzaya uğraması nəticəsində "Azərenerji"nin əməkdaşları – Məmmədov Məhəmməd Mübariz oğlu və Məmmədov Gülağa Gülməmməd oğlu həyatlarını itiriblər.

Faktla bağlı araşdırma aparılır.