Hərbçilərimiz İtaliyada beynəlxalq dənizçilik yarışlarında iştirak edirlər
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin bir qrup hərbi qulluqçusu İtaliya Respublikasının Livorno şəhərində keçiriləcək beynəlxalq dənizçilik yarışlarında iştirak etmək məqsədilə həmin ölkədə səfərdədir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, səfər çərçivəsində hərbi qulluqçularımız İtaliyanın Hərbi Dənizçilik Akademiyasının komandanlığı və Livorno şəhərinin meri ilə görüşüblər.
Həmçinin təmsilçilərimiz digər iştirakçı ölkələrin nümayəndələri ilə birgə parad və yarış bayraqlarının təhvil-təslim mərasimində, eləcə də yarışa hazırlıq məqsədilə keçirilən dəniz məşqlərində iştirak ediblər.