Qarabağ bölgəsində mülki təyinatlı tikililərdən silah-sursat anbarları aşkar edilməkdədir VİDEO

Ermənistan silahlı birləşmələrinin və qeyri-qanuni erməni silahlı dəstələrinin mülki təyinatlı infrastrukturdan hərbi məqsədlər üçün istifadə etməsi növbəti dəfə aşkar edilib.

Müdafiə Nazirliyindən Yerveinsan.az-a verilən xəbərə görə, lokal xarakterli anti-terror tədbirlərindən sonra Qarabağ iqtisadi rayonunda tərk edilmiş tikililərə baxış zamanı bu obyektlərin silah-sursat anbarı kimi istifadə edildiyi müəyyən olunub.