Bəzi yerlərdə leysan xarakterli yağış yağıb - FAKTİKİ HAVA

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 27-sı saat 9-a olan məlumatına əsasən 26-da günün birinci yarısında ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, bəzi yerlərdə leysan xarakterli yağış, Şahdağda qar yağıb.

Xidmətdən  verilən məlumata görə, sentyabrın 27-də gecə və səhər hava sabit, əsasən yağmursuz keçib.

Düşən yağıntının miqdarı Şahdağda 10 mm, Xaltanda 9 mm, Altıağacda 7 mm, Qobustan, Quba, Qusar, İsmayıllı, Ağsu, Gəncə, Şamaxı, Yardımlı, Astarada 2 mm-dək. Bakıda və Abşeron yarımadasında 1 mm- dək olub.

Lerik, Qrız, Daşkəsən, Cəfərxan, Biləsuvar, Şahdağda duman müşahidə olunub.